Yuxarı
    Bağlamaq

    Azərbaycan Rusiyada keçiriləcək çay yarmarkasında iştirak edəcək

    Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu yarmarkanın təşkilatçılarından biri kimi çıxış edir

    Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Rusiyanın Sverdlovsk vilayətinin İrbit şəhərində keçiriləcək çay yarmarkasına qatılacaq.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu yarmarkanın təşkilatçılarından biri kimi çıxış edir.

    Yarmarkanın işgüzar proqramı çərçivəsində turizm-informasiya mərkəzlərinin və tur operatorların nümayəndələri üçün "Regionlararası marşrutların inkişafı" mövzusunda "dəyirmi masa" keçiriləcək. Eyni zamanda, yaramarka çərçivəsində çay küçəsi təşkil olinacaq və orada dünya xalqlarının çay ənənələri və mərasimləri nümayiş olunacaq.

    Qeyd edək ki, İrbit yarmarkası Rusiyanın ən böyük yarmarkarlndan biridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi