Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq turizm sərgisində iştirak edir - FOTO

Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq turizm sərgisində iştirak edir - FOTO Tədbirə 30-a yaxın ölkədən 200 turizm şirkəti qatılıb
Turizm
17 Noyabr , 2017 01:45
Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq turizm sərgisində iştirak edir - FOTO
Report

Buxarest. 17 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Rumıniyanın paytaxtı Buxarest şəhərində 38-ci Beynəlxalq turizm sərgisi işə başlayıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sərgidə ümumilikdə 30-a yaxın ölkədən 200 şirkət qatılıb.

Sərginin coğrafiyası Kubadan Sinqapura, Böyük Britaniyadan Fələstinə, Türkiyədən Maldiv adalarınadək geniş ərazini əhatə edir.

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə sərgidə ölkənin turizm imkanları da nümayiş etdirilir. Stendə baş çəkən qonaqlara Azərbaycanın mədəniyyəti və turizm imkanları barədə məlumat verilir, ziyarətçilərə müxtəlif dillərdə reklam-çap məhsulları təqdim edilir. Üç gün davam edəcək yarmarkanın məqsədi Rumıniya ilə yanaşı, dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.

Son xəbərlər

Orphus sistemi