Yuxarı

Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə aviaşirkətləri "İpək Yolu" üzrə uçuş qiymətlərini müzakirə edəcək

İclasda Azərbaycanı AZAL aviaşirkəti təmsil edir

Bakı. 19 yanvar. REPORT.AZ/ İstanbulda turizm üzrə işçi qrupunun Türk Şurasının iclası keçirilir.

"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, iclasda müasir "İpək yolu" turizm paketinin bütün detallarının işlənib hazırlanması və razılaşdırılması planlaşdırılır.

İclas çərçivəsində, həmçinin Qazaxıstan (Air Astana), Azərbaycan (AZAL) və Türkiyə (Turkish Airlines) hava yollarının nümayəndələri ilə görüşün keçirilməsi nəzərdə tutulur. Görüşün məqsədi "İpək yolu" üzrə uçuş qiymətlərini müzakirə etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi