Yuxarı

​Azərbaycan "Qırğızıstan-2015" sərgisində iştirak edəcək

Sərgi 23-27 aprel tarixlərində Bişkekdə keçiriləcək

Bakı. 1 aprel. REPORT.AZ/ 23-27 aprel tarixlərində Bişkekdə hər il olduğu kimi "Qırğızıstan-2015" sərgisi keçiriləcək.

"Report" Qırğızıstan Ticarət-Sənaye Palatasının rəsmi saytına istinadən xəbər verir ki, sərgidə bir sıra ölkələrlə yanaşı Azərbaycan da iştirak edəcək.

"Qırğızıstan-2015" sərgisi mühüm beynəlxalq səviyyəli hadisədir. O, bir çox ölkələrin işgüzar dairələrində geniş şöhrət qazanıb və Qırğızıstanın bütün regionlarından, həmçinin yaxın ölkələrdən - Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Rusiya və uzaq xaric ölkələrindən 10 mindən yuxarı ziyarətçinin sərgiyə qatılacağı gözlənilir", - deyə palatanın məlumatında bildirilir.

Sərgi 1998-ci ildən etibarən hər il keçirilir. Burada 7 ölkədən 100 şirkət iştirak edir. Sərgi turizm və səyahət, qida məhsulları və kənd təsərrüfatı, ətir-kosmetika məhsulları, maşınqayırma, ehtiyat hissələri və avadanlıqlar, informasiya texnologiyaları və telekommunikasiya kimi bir çox sahələri əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi