Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti aviabilet və hotellərin qiymətlərinin aşağı salınmasını vacib sayır

    Prezident İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini deyib

    Bakı. 13 iyul. REPORT.AZ/ Birinci Avropa Oyunlarından sonra Azərbaycana turist axını daha da sürətlənib. "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

    Dövlət başçısı turistlərə vizaların verilməsinin tezləşdirilməsinin, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacibliyini vurğulayıb. 

    Prezident İ.Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini deyib.

    Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi, bu oyunlar Olimpiya Oyunları səviyyəsində keçirilib. "Bu isə ölkənin gücünü və potensialını göstərdi", - deyən dövlət başçısı bildirib ki, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanan medalçılarımız Azərbaycanın həm də idman ölkəsi olduğunu sübut etdilər və Birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi.

    O, qeyri-neft sektorunun, sahibklarlığın inkişafı və ölkədə vergi daxilolmalarıını tam təmin olunması, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb. Dövlət başçısı yaxın vaxtlarda dərman preparatalarının qiymətinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi