​Azərbaycan Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində iştirak edib

​Azərbaycan Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində iştirak edib Sərgidə Naftalanın və Naxçıvanın turizm imkanları təqdim olunub
Turizm
20 Aprel , 2016 14:21
​Azərbaycan Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində iştirak edib

Bakı. 20 aprel. REPORT.AZ/ Daşkəndin Mərkəzi Sərgi Sarayında "İstirahət dünyası 2016" IV beynəlxalq turizm sərgisi keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi də iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi haqqında məlumat verib. O, sərgidə Özbəkistanın bütün regionlarından, xüsusi ilə ilk dəfə olaraq qədim tarixə malik Sırxandərya, Sırdərya əyalətlərinin ekskluziv turizm resurslarının təqdim olunacağını qeyd edib.

Sərginin bədii hissəində Özbəkistanın tanınmış sənətçiləri çıxış ediblər. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərii ifa ediblər.

Mədəniyyət Mərkəzi sərgi Azərbaycanın dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi