Azərbaycan "National Geographic" jurnalının keçirdiyi müsabiqədə iştirak edir

Azərbaycan "National Geographic" jurnalının keçirdiyi müsabiqədə iştirak edir Azərbaycan müsabiqə çərçivəsində 3 nominasiya üzrə iştirak edir
Turizm
8 İyul , 2015 19:32
Azərbaycan National Geographic jurnalının keçirdiyi müsabiqədə iştirak edir

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan "National Geographic" jurnalı tərəfindən təşkil olunan "National Geographic Traveler Awards 2015" müsabiqəsində iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə keçirilən müsabiqə-onlayn sorğu oktyabrın 15-də başa çatacaq.

Azərbaycan müsabiqə çərçivəsində 3 nominasiya - "Çimərlik səyahəti", "Ekskursiya səyahəti" və "Mətbəx turizmi" üzrə iştirak edir.

Səsvermə zamanı, həmçinin ilin ən yaxşı xarici hava yolu şirkəti, otellər şəbəkəsi, çimərlik oteli, internet-servis və səyahət proqramı müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi