​Azərbaycan mart ayında iki beynəlxalq turizm sərgisində iştirak edəcək

​Azərbaycan mart ayında iki beynəlxalq turizm sərgisində iştirak edəcək Sərgilərdə ölkənin ümumilikdə 30 turizm şirkəti, 5 mehmanxanası da təmsil olunacaq
Turizm
3 Fevral , 2015 20:57
​Azərbaycan mart ayında iki beynəlxalq turizm sərgisində iştirak edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il martın 4-8-də Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2015" və martın 18-21-də Rusiyanın Moskva şəhərində keçiriləcək "MİTT 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, sərgilərdə Azərbaycan Turizm Asosiasiyası, Azərbaycan Konqreslər Bürosu və ümumilikdə 30 turizm şirkəti, 5 mehmanxana da təmsil olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən etibarən "MİTT, 2004-cü ildən etibarən isə "İTB Berlin" beynəlxalq turizm sərgilərində iştirak edir

Son xəbərlər

Orphus sistemi