Azərbaycan "KİTF 2015" beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan "KİTF 2015" beynəlxalq turizm sərgisində iştirak edir Sərgiyə 5 yerli turizm şirkəti, 2 mehmanxana qatılıb
Turizm
22 Aprel , 2015 20:35
Azərbaycan KİTF 2015 beynəlxalq turizm sərgisində iştirak edir

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 22-24-də Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Mahir Qəhrəmanov və Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyevdən ibarət nümayəndə heyəti təmsil olunur.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, sərgidə həmçinin, 5 yerli turizm şirkəti (Millennium Tourism and Congress, Improtex Travel, The Tour, Bestar, Granitas), 2 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Duzdağ hotel) iştirak edir.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 42 ölkədən 245-ə yaxın şirkət təmsil olunur.

Son xəbərlər

Orphus sistemi