​Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə üçüncü yerdədir

​Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə üçüncü yerdədir Türkiyə Azərbaycanı siyahıda qabaqlayıb
Turizm
3 İyun , 2015 07:23
​Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə üçüncü yerdədir

Bakı. 03 İyun. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin üç ayı ərzində Gürcüstana səfər edən ölkə vətəndaşlarının sayına görə üçüncü yerdədir.

"Report" "EurAsia Daily"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Analitik İnformasiya Departamentinin məlumatında bildirilir.

Məlumata görə, siyahının birinci və ikinci pillələrində Ermənistan və Türkiyə qərarlaşıb. Rusiya 4-cü yerdə gedir.

Bildirilir ki, göstərilən dövr ərzində ümumilikdə Gürcüstanı ziyarət edənlərin sayında 2014-cü il ilə müqayisədə 2 faiz azalma var və bu rəqəm 986 min nəfər (2014-cü ildə 1,01 mln. nəfər) təşkil edib.

Son xəbərlər

Orphus sistemi