​Azərbaycan "EXPO BATUMI 2015" VIII Beynəlxalq turizm sərgisində təmsil olunacaq

​Azərbaycan "EXPO BATUMI 2015" VIII Beynəlxalq turizm sərgisində təmsil olunacaq Sərgidə region və bir sıra dünya ölkələrinin turizm şirkətləri iştirak edəcək
Turizm
11 May , 2015 12:45
​Azərbaycan EXPO BATUMI 2015 VIII Beynəlxalq turizm sərgisində təmsil olunacaq

Bakı. 11 may. REPORT.AZ/ Bu il mayın 20-dən 22-dək Batumidə "EXPO BATUMI 2015" VIII Beynəlxalq turizm sərgisi keçiriləcək.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sərgidə Gürcüstan, Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, İsrail, Ermənistan, Litva, Polşa, Belarus, Almaniya və digər ölkələrdən turizm və restoran şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

"EXPO BATUMI 2015" çərçivəsində müxtəlif reklam və informasiya turları, iştirakçılar üçün təqdimatlar və KİV nümayəndələri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi