Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dünyanın ən ucuz 50 ölkəsi siyahısında 23-cü yerdədir

    Ucuzluq ABŞ-ın Nyu-York şəhəri ilə müqayisəyə əsasən dəyərləndirilib

    Bakı. 21 may. REPORT.AZ/ Dünyanın "Ən ucuz 50 ölkəsi" siyahısında Azərbaycan 23-cü yerdədir.

    "Report" "haberturk"ə istinadən xəbər verir ki, bu siyahını "GoBankingRates.com" saytı tərtib edib.

    Siyahı hazırlanarkən, ölkələrdəki mənzil kirayəsi, alış-veriş xərcləri nəzərə alınıb. Ucuzluq ABŞ-ın Nyu-York şəhəri ilə müqayisə edilərək müəyyənləşdirilib.

    Siyahıda birinci yerdə Cənubi Afrika Respublikası, sonuncu yerdə isə Belarus yer alıb. Həmin siyahıda Ukrayna 24-cü, Gürcüstan 29-cu, Türkiyə 31-ci, Rusiya 39-cu, Ermənistan isə 42-ci yerdədir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi