Azərbaycan Daşkənddə "İstirahət dünyası" V Beynəlxalq Turizm Sərgisində iştirak edəcək

Azərbaycan Daşkənddə "İstirahət dünyası" V Beynəlxalq Turizm Sərgisində iştirak edəcək Sərgidə “Bakı Shopping Festival”ın təqdimatı keçiriləcək
Turizm
11 Aprel , 2017 20:55
Azərbaycan Daşkənddə İstirahət dünyası V Beynəlxalq Turizm Sərgisində iştirak edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan aprelin 13-14-də Özbəkistanda keçiriləcək "İstirahət dünyası" V Beynəlxalq Turizm Sərgisində iştirak edəcək.

Azərbaycanın Özbəkistandakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanı sərgidə səfirlik nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu məqsədlə "Azərbaycan" stendi üçün artıq xüsusi sahə ayrılıb. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdiriləcək, Mədəniyyət və Turizm Nazirliyindən Azərbaycanın turizminə dair göndərilən nəşrlər paylanılacaq.

Sərgidə eyni zamanda "Baku Shopping Festival" adlı xüsusi bukletlər paylanacaq və bu mövzudakı videoçarx göstəriləcək. 

Son xəbərlər

Orphus sistemi