Yuxarı

Azərbaycan biznesmenləri Əbu-Dabidə keçiriləcək foruma dəvət olunublar

“Kənd Təsərrüfatında İnnovasiya” forumu martın 20-21-də keçiriləcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində gələn il martın 20-21-də “Kənd Təsərrüfatında İnnovasiya” (GFIA) adlı forum keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forum BƏƏ-nin baş nazirinin müavini, Əbu-Dabinin Ərzaq Nəzarəti İdarəsinin rəhbəri Şeyx Mənsur bin Zayed əl-Nahyanın dəstəyi ilə təşkil olunacaq. 

"GFIA kənd təsərrüfatı sahəsində ən böyük və ən əhatəli tədbir olduğuna görə, beynəlxalq səviyyəli tədbir kimi tanınır. Sözügedən forum Yaxın Şərqdə kənd təsərrüfatı sahəsində investisiya imkanlarını müəyyən etmək üçün BƏƏ hökuməti tərəfindən maliyyələşdirilir. Bu il ərzaq təhlükəsizliyində problemləri aradan qaldırmaq və fermaçılığın davamlı inkişafına nail olmaq tədbirin əsas mövzusu olacaq", - deyə "Azpromo"dan bildirilib.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvət olunurlar.

Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi