Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur

Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur Sərgidə ölkənin 14 şirkətinin məhsulları nümayiş olunur
Turizm
20 Yanvar , 2018 01:37
Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən Beynəlxalq Yaşıl Həftə öz işinə başlayıb.

“Report” xəbər verir ki, sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur və orada 14 yerli şirkətin məhsulları nümayiş olunur.

Həmin gün Beynəlxalq Yaşıl Həftə sərgisinin və eyni zamanda milli stendimizin açılışı olub.

Tədbirdə və ona paralel olaraq keçirilən 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda Azərbaycandan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkib.

Sərgidə və milli stendin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi