​Azərbaycan Almatıda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub

​Azərbaycan Almatıda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub Ötən il ərzində Qazaxıstandan Azərbaycana 27 mindən çox turist səfər edib
Turizm
20 Aprel , 2016 19:43
​Azərbaycan Almatıda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi aprelin 20-22-də Almatıda (Qazaxıstan) keçirilən “KİTF 2016” beynəlxalq turizm sərgisində iştirak edir.

“Report”un nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətində Nazirliyin turizm şöbəsinin turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, “Millennium Tourism & Congress DMC”, “Falcon Travel”, “The Tour”, “Billur tour”, “Geo travel” və “Flame Tour” turizm şirkətləri, eləcə də “Şahdağ“ Turizm Mərkəzinin əməkdaşları da var. Bununla yanaşı, sərgidə “Çinar Hotel & SPA Naftalan” mehmanxanası ayrıca stenddə təmsil edilir.

Sərgidə 46 kv.m-lik sahədə Azərbaycanın turizm imkanlarını əks etdirən xüsusi stend quraşdırılıb. Azərbaycanın stendinə baş çəkən qonaqlara ölkə turizmini təbliğ edən ingilis və rus dillərində reklam-çap məhsulları təqdim olunur.

Bu il “KİTF 2016” sərgisində Azərbaycanla yanaşı, 31 ölkədən 300-dən artıq şirkət təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, beynəlxalq turizm sərgisində iştirak edir.

Qeyd edək ki, ötən il ərzində Qazaxıstandan Azərbaycana 27 mindən çox turist səfər edib.

Son xəbərlər

Orphus sistemi