"AZALJET" Bakı-Tbilisi aviareysinə aksiya keçirir

"AZALJET" Bakı-Tbilisi aviareysinə aksiya keçirir Sərnişinlər bileti 49 avroya ala biləcəklər
Turizm
7 Noyabr , 2016 13:08
AZALJET Bakı-Tbilisi aviareysinə aksiya keçirir

Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli brendi olan “AZALJET” Bakıdan Tbilisiyə olan uçuşlar üçün xüsusi kampaniya həyata keçirir. “Report” xəbər verir ki, kampaniya noyabr ayının 25-28-ni əhatə edir.

Məlumata görə, noyabrın 25-də Bakıdan Tbilisiyə, həmin ayın 28-də isə Tbilisidən Bakıya uçan sərnişinlər bileti 49 avroya ala biləcəklər.

Qeyd edək ki, qiymətlər yalnız bir istiqamət üzrə müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi