Yuxarı
    Bağlamaq

    "AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir

    Kampaniya noyabr ayının 29-30-nu əhatə edir

    Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli brendi olan "AZALJET" Bakıdan Moskvaya olan uçuşlar üçün xüsusi kampaniya keçirir.

    “Report”un məlumatına görə, kampaniya noyabr ayının 29-30-nu əhatə edir.

    Aksiya çərçivəsində noyabrın 29-u Bakıdan Moskvaya ("Vnukovo" hava limanı), noyabrın 30-da isə Moskvadan Bakıya uçan sərnişinlər aviabileti 49 avroya ala bilərlər.

    Bu qiymətlər yalnız bir istiqamət üçün müəyyən edilib.

    Qeyd edək ki, noyabrın 17-dən dekabrın 15-dək bu tarifə görə daha çox sayda təyyarə reyslərindən istifadə etmək mümkün olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi