​AZAL yenilənmiş uçuş qrafikini açıqlayıb

​AZAL yenilənmiş uçuş qrafikini açıqlayıb Aviaşirkət gücləndirilmiş rejimdə işləyir
Turizm
28 Mart , 2016 12:34
​AZAL yenilənmiş uçuş qrafikini açıqlayıb

Bakı. 28 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti sərnişinlərə Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəlini təqdim edib.

“Report” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, artıq AZAL-ın reysləri Bakıdan aşağıdakı qrafikə uyğun olaraq həyata keçirilir:

Reysin nömrəsi İstiqamət Bakıdan uçuş vaxtı
J28217 Aktau 20.00
J28003 Ankara 09.10
J28025 Antalya 10.10
J2063 Berlin 07.00
J28011 Dubay 09.00
J28103 İstanbul 06.45
J28075 İstanbul 08.45
J28079 İstanbul 16.35
J28077 İstanbul 19.15
J28683 Kiyev 06.45
J28575 Kazan 20.00
J2007 London (Ç.a.) 17.30
J2007 London (C.a.,C.,Ş.,B.) 18.05
J28051 Lvov 17.40
J2035 Milan 06.30
J28717 Mineralnıe Vodı 16.00
J28701 Minsk 07.40
J28852 Moskva 09.40
J28107 Moskva 15.05
J28854 Moskva 19.00
J2101 Nyu-York 05.00
J2073 Paris 06.35
J2109 Praqa 06.30
J2067 Pekin (Ç.a.) 19.20
J2067 Pekin (B.) 18.50
J28019 Sankt-Peterburq 07.00
J28019 Sankt-Peterburq (C.) 17.45
J28223 Tbilisi 07.20
J28225 Tbilisi 19.30
J2021 Təl-Əviv 08.35
J28005 Tehran 21.30
J28017 Tehran 08.30

Xatırladaq ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və transfer məqsədilə, AZAL aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyir.

Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] elektron poçtuna yazmaq xahiş olunur. Reyslərin gəliş və uçuş cədvəlini hava limanının fasiləsiz məlumat xidmətinə aşağıdakı telefon nömrəsi ilə zəng edərək müəyyənləşdirmək mümkündür: (+99412) 497-27-27.

Son xəbərlər

Orphus sistemi