Yuxarı

AZAL yeni endirim aksiyası keçirir

Bu aksiya 25 yaşa kimi olan tələbələr üçün nəzərdə tutulub

Bakı. 12 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə aviabiletlərə 10% endirim elan edib.

AZAL-ın mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes siniflər üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə ekonom sinif tariflərinə 20-30% endirim tətbiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi