AZAL Malayziya bazarına çıxıb

AZAL Malayziya bazarına çıxıb "Azərbaycan Hava Yolları" ölkə xaricində fəaliyyətini genişləndirir
Turizm
29 Avqust , 2016 09:57
AZAL Malayziya bazarına çıxıb

Bakı. 29 avqust. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkə xaricində fəaliyyətini genişləndirir. Belə ki, AZAL "AviaReps" şirkətini Malayziyada yeni nümayəndəsi olaraq təyin edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, nümayəndəlik olaraq, "AviaReps Malaysia" AZAL-ın Malayziya bazarında satış və marketinq fəaliyyətini həyata keçirəcək baş satış agenti rolunu icra edəcək.

AZAL-ın satış və yerüstü əməliyyatlar direktoru Nazim Səmədov bildirib ki, Malayziyada satış və marketinq nümayəndəliyinin açılması bu bazarın əhəmiyyətinin artması və şirkətin bu bazara marağının təcəssümüdür: "Əminik ki, ambisiyalı məqsədlərimizə nail olmaq üçün "AviaReps Malaysia" bizim üçün ən yaxşı seçimdir".

Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nı Almaniya və Fransada da bu şirkət təmsil edir. "AviaReps" hava yolları şirkətləri üçün satış xidmətləri və turizm məkanlarının nümayəndəliyi vəzifəsini icra edir. Hazırda şirkətin dünya boyu 43 ölkədə 58 ofisi fəaliyyət göstərir.

İngilis versiyası AZAL enters Malaysian market

Son xəbərlər

Orphus sistemi