Yuxarı
    Bağlamaq

    AZAL endirim aksiyası keçirir

    Dünyanın 7 şəhərinə aviabiletlər 20% endirimlə satılır

    Bakı. 16 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) dünyanın məşhur turizm istiqamətləri üzrə yeni qış aksiyası keçirdiyini bəyan edib. 

    AZAL-dan "Report"a verilən məlumata görə, yanvarın 15-dən fevralın 28-dək gediş-dönüş ekonom sinfi aviabiletlər 20% endirimlə satılacaq. 

    Aksiya London, Milan, Berlin, Paris, Praqa, Təl-Əviv, Dubay və Nyu-York istiqamətində 16 yanvar- 15 mart tarixlərində həyata keçiriləcək uçuşlara aiddir.

    Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

    AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilibr: www.miles.azal.az

    Proqram iştirakçısı olmayan şəxslər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi