AZAL Bakı-Dubay aviareysi üzrə aksiya keçirir

AZAL Bakı-Dubay aviareysi üzrə aksiya keçirir İkitərəfli reysə aviabiletin qiyməti 188 avro olacaq
Turizm
14 Oktyabr , 2016 14:45
AZAL Bakı-Dubay aviareysi üzrə aksiya keçirir

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya keçirir.

AZAL-ın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, bu il dekabrın 1-dək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

Eyni zamanda, aviabiletlərin dəyərinə 23 kq-də baqajın daşınması, isti və soyuq qidaların bütün çeşidləri daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi