AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinə üzv olub

AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinə üzv olub Bununla bağlı iki qurum arasında saziş imzalanıb
Turizm
19 Oktyabr , 2017 17:48
AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinə üzv olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sahəsinin inkişafı üçün tərəfdaşlıq qurub. Azərbaycanın milli hava daşıyıcısı bu gün Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin üzvü olub.

"Report" xəbər verir ki, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar.

Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir – indiyə kimi AZTA-nın üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub. 

AZAL Assosiasiyaya üzv olmaqla yanaşı, AZTA-nın İdarə Heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək. 

AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. 

Son xəbərlər

Orphus sistemi