Yuxarı

​Azərbaycanın turizm potensialının tanıdılması üçün sentyabrın sonunda Almaniyanın KİV nümayəndələri Bakıya gələcək

Hazırda Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanda tanışlıq səfərindədir

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH." şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycana turistlərin cəlb olunması üçün Almaniyanın aparıcı turizm şirkətləri ilə yerli turizm agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə avqustun 24-31-də aparıcı alman turizm təşkilatlarının nümayəndələri Bakıda tanışlıq səfərindədir.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Almaniya və Azərbaycanın aparıcı turizm şirkətləri və hotelləri arasında işçi görüşü keçirilib. Görüşdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə sentyabrın 3-7-də Almaniyanın MICE (işgüzar) turizm nümayəndələrinin, sentyabrın 25-30-da isə aparıcı KİV nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi