Yuxarı
    Bağlamaq

    Azərbaycanın mədəniyyət və turizm naziri Qusarda vətəndaşlarla görüşüb

    Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarına gələn turistləri bölgələrlə də tanış edəcək

    Bakı. 29 avqust.REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə 40 vətəndaş iştirak edib.

    Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı olub. Qusar rayonunda uşaq incəsənət məktəbinin təmir işlərinin tamamlanması, Quba rayonu Yeni Güləzi kənd klubunun mədəniyyət evinə çevrilməsi, Siyəzən rayonu Mərkəzi Kitabxanasının yeni binaya köçürülməsinə köməklik göstərilməsi ilə bağlı xahişlər, bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndirilib.

    Nazir Ə.Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcəyini, o cümlədən sosial məsələlərlə bağlı müraciətlərin lazımi instansiyalara çatdırılacağını deyib. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkənin təbliği, tanıdılması baxımdan mühüm fürsət olacağını deyən nazir turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi