​Azərbaycan şirkətləri Avstraliyada “BioFest” sərgisinə dəvət olunur

​Azərbaycan şirkətləri Avstraliyada “BioFest” sərgisinə dəvət olunur Sərgi oktyabrın 24-dən 27-dək davam edəcək
Turizm
5 Avqust , 2016 21:02
​Azərbaycan şirkətləri Avstraliyada “BioFest” sərgisinə dəvət olunur

Bakı. 5 avqust. REPORT.AZ/ Avstraliyada bu il oktyabrın 24-27-də “BioFest” sərgisi keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən verdiyi xəbərə görə, Avstraliyanın 3000-dən çox şirkət və tədqiqat məkəzlərini özündə cəmləyən və tibb elmləri sənayesi assosiasiyası olan “AusBiotech” Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən şirkətləri, elm adamlarını, eləcə də aidiyyəti qurumları sərgiyə dəvət edir.

Sərgidə iştirak edəcək Azərbaycanlı şirkətlərə “Bioindustry” sərgi zalında pulsuz ərazi təklif olunur. Beynəlxalq “BioFest 2016” tədbirinə - “IBS 2016”, XVII beynəlxalq biotexnologiya simpoziumu, “AusBiotech 2016” konfransı, geniş sərgi zalı, Avstraliyanın “Biotech Invest 2016” İnvestisiya və Əməkdaşlıq zonası daxildir.

Forum haqqında ətraflı məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi