Yuxarı

Avropada istirahət üçün ucuz şəhərlərin siyahısı hazırlanıb

Reytinqdə ən ucuz şəhər kimi birinci yeri Varşava tutur

Bakı. 23Fevral. REPORT.AZ/ Avropada istirahət üçün ucuz şəhərlərin siyahısı hazırlanıb.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, TripAdvisor şirkətinin apardığı araşdırmaya görə, avronun dəyərinin azalması otellərin və aviabiletlərin də ucuzlaşmasına səbəb olub. Son bir il ərzində Avropa otellərində orta qiymət 9 faiz enib. Bundan əlavə araşdırmalar göstərib ki, fevral ayı Avropa otellərində qalmaq üçün ən münasib vaxtdır. Eyni zamanda o da bildirilir ki, Fransa, İsveç, Norveç kimi ölkələrdə otellərin qiymətlərində elə də ucuzlaşma qeydə alınmayıb.

Reytinqdə ən ucuz şəhər kimi birinci yeri Varşava tutur. Burada otellərin orta qiyməti 47 dollardır. İkinci yerdə 48 dollarla Belqrad, 3-cü 51 dollarla Zaqreb (Xorvatiya), 4-cü 54 dollarla Budapeşt (Macarıstan), 5-ci 61 dollarla Krakov (Polşa), 6-cı 63 dollarla Tenerife (İspaniya), 7-ci 64 dollarla Qranada (İspaniya), 8-ci 64 dollarla Valensiya (İspaniya), 9-cu 66 dollarla Alikante İspaniya), 10-cu yerdə isə 66 dollarla Afina şəhəri qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi