Yuxarı

​Aprelin əvvəlində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək

AITF-2015 sərgisində 200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakı. 23 yanvar. REPORT.AZ/ Aprelin 2-4-də Bakıda XIV Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ("AITF-2015") keçiriləcək.

Sərginin əsas təşkilatçısı olan "ITECA Caspian" şirkətindən "Report"a verilən məlumata görə, "AITF-2015" sərgisində 200-dən artıq şirkətin iştirakı gözlənilir və bu şirkətlər Azərbaycan bazarı üçün hazırlanmış turizm təkliflərinin təqdimatı ilə çıxış edəcəklər. Tədbirdə Türkiyə, Gürcüstan, Hindistan, Malayziya, Argentina, Dominikan Respublikası və digər ölkələrin təmsilçiləri iştirak edəcəklər.

Sərgidə aviadaşıyıcılar, turoperatorlar, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və Spa mərkəzləri, idman və ekoloji turizm obyektləri təkliflərini təqdim edəcəklər.

Qeyd edək ki, sərgi turizm imkanları ilə tanışlıq üçün aprelin 2-3-də turizm sənayesinin peşəkarları, aprelin 4-də isə bütün səyahət həvəskarları üçün açıq olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi