Tbilisi. 3 may. REPORT.AZ/ Cari ilin aprel ayında Gürcüstana 105 min 695 nəfər Azərbaycan vətəndaşı səfər edib.
"Report" xəbər verir ki, bu rəqəm 2015-ci ilin aprel ayı ilə müqayisədə 17,6 faiz çoxdur. Azərbaycan bu göstərici ilə Gürcüstana səfər edən xaricilər sırasında birinci yerdədirlər.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstana aprel ayında səfər edən xarici ölkə vətəndaşları sırasında Türkiyə vətəndaşları birinci yerdədirlər - 115 887 nəfər.
Ümumiyyətlə, apreldə Gürcüstana 171 min 235 nəfər turist gəlib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1 milyon 596 min 916 nəfər xarici vətəndaş gəlib. Bu da ötən ilin 4 ayı ilə müqayisədə 15,4 faiz çoxdur.