Yuxarı

Almaniya şəhərlərində Azərbaycanın turizm potensialı təqdim olunacaq

Yanvar ayının sonunda kulinariya tədbirinin keçirilməsi planlaşdırılır

Bakı. 3 yanvar. REPORT.AZ / Almaniya KİV-lərinin və turizm şirkətləri nümayəndələrinin Azərbaycanın turizm potensialı, həmçinin milli mətbəx nümunələri haqqında maarifləndirilməsi məqsədilə yanvar ayının sonunda kulinariya tədbirinin keçirilməsi planlaşdırılır.

Report AzərTAc-a istinadla xəbər verir ki, tədbir çərçivəsində aşpazlar tərəfindən qonaqların iştirakı ilə ölkəmizin milli yeməkləri hazırlanacaq və müvafiq təqdimatlar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən həmçinin bildiriblər ki, 2015-ci ilin martında Berlində keçiriləcək “İTB Berlin” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın milli stendində “Happy hours” tədbirinin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində nümayəndəliyin əməkdaşları tərəfindən 25 turizm şirkətinin təmsilçisinə təqdimat keçiriləcək. Sərgi müddətində Berlin şəhərindəki 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi, eyni zamanda, Frankfurt, Hamburq və Münhen şəhərlərində “guerilla” kampaniyasının təşkili nəzərdə tutulur. Belə ki, avtobus, tramvay və metrolarda Azərbaycanın turizm loqosunu və internet səhifəsini əks etdirən reklamlar yerləşdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi