Yuxarı

​“ADEX 2014” sərgisinə 33 ölkə qatılacaq

Bakıda 1-ci Azərbaycan Beynəlxalq Müdafiə sənayesi sərgisi açılacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda 1-ci Azərbaycan Beynəlxalq Müdafiə sənayesi (“ADEX 2014”) sərgisi açılacaq.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Məlumata görə sərgi 11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Tədbirin əsas təşəbbüskarı və dəstəkçisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyidir.

Təşkilatçılar artıq 33 ölkədən 170 şirkətin “ADEX 2014” sərgisində iştirak edəcəyini təsdiqlədiyini və dünyanın 8 ölkəsindən milli qruplar öz ekspozisiyalarını nümayiş etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, sərginin platin sponsoru qismində “Damen Shipyards Group”(Niderland Krallığı), qızıl sponsoru qismində isə “Roketsan” (Türkiyə) şirkətinin çıxış edəcəyi açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi