"Yarımdünya" filminin treyleri və "İstə" mahnısının təqdimatı olub

"Yarımdünya" filminin treyleri və "İstə" mahnısının təqdimatı olub Film aprelin 9-dan kinoteatrlarda olacaq
Şou-biznes
18 Mart , 2015 07:35
Yarımdünya filminin treyleri və İstə mahnısının təqdimatı olub

Bakı. 18 mart. REPORT.AZ/ Martın 17-də "Yarımdünya" filminin treylerinin, habelə filmin müsiqisi üçün Miri Yusif tərəfindən xüsusilə hazırlanan "İstə" mahnısının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, mahnının söz və musiqisinin müəllifi ifaçı özüdür və o, filmdə əsas rollardan birini oynayıb.

Bu bədii film Azərbaycan müğənnilərindən biri üçün ilk təcrübədir və treylerə istinadən qeyd etmək olar ki, çox uğurlu bir debüt olacaq.

"Yarımdünya" filmi türk rejissor və kinoaktyoru Osman Albayrak üçün tammetrajlı filmdə debüt olub.

Filmin süjeti iki yaxın dost, Anar və Fuad və gözəl Dəniz arasında sevgi üçbucağı ətrafında cərəyan edir.

Talelərində artıq bir dəfə bu sınaqdan keçən dostlar, bənzər xoşagəlməz hal ilə yenidən qarşı-qarşıya gəlirlər, lakin sevginin onları hara aparacağını bilmirlər.

Melodramda Gülsara Rzayeva, Osman Albayrak, Kamran Ağabalaev, Pərvin Abıyev, Qurban İsmayılov, Abbas Qəhrəmanov və başqaları çəkilib.

Qeyd edək ki, film aprelin 9-dan etibarən ölkənin bütün kinoteatrlarında nümayiş ediləcək.

Son xəbərlər

Orphus sistemi