Xvorostovskinin direktoru müğənninin ölümü barədə xəbəri təkzib edib - YENİLƏNİB

Xvorostovskinin direktoru müğənninin ölümü barədə xəbəri təkzib edib - YENİLƏNİB Müğənninin həyat yoldaşı Florans Xvorostovskaya ərinin sağ və evdə olduğunu təsdiqləyib
Şou-biznes
11 Oktyabr , 2017 09:26
Xvorostovskinin direktoru müğənninin ölümü barədə xəbəri təkzib edib - YENİLƏNİB

Bakı. 11 oktyabr. REPORT.AZ/ Dmitri Xvorostovskinin direktoru Mark Hildryu müğənninin ölümü barədə yayılan xəbəri təkzib edib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Xvorostovskinin ölümü ilə bağlı xəbərə opera müğənnisi Xibla Qerzmava da reaksiya verib və "İnstagram" səhifəsində yazıb: "O, sağdır! Səhv məlumatdır!"  

Müğənninin həyat yoldaşı Florans Xvorostovskaya isə ərinin sağ və evdə olduğunu təsdiqləyib.


***03:35

Rusiyanın tanınmış opera müğənnisi Dmitri Xvorostovskinin 55 yaşında dünyasını dəyişməsi barədə xəbər yayılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə çərşənbə gününə keçən gecə Rusiya Federasiya Şurasının üzvü Yelena Mizulina “Twitter” mikrobloqunda yazıb.

"Dmitri Xvorostovski dünyasını dəyişib. Düşünmək belə qorxuludur, adam var idi, indi yoxdur. Böyük faciədir", - deyə senator yazıb.

Son xəbərlər

Orphus sistemi