Yuxarı

Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin moda festivalı keçirilib

Bakı. 18 fevral REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin “Fella Fashion Show” adlı moda festivalı keçirilib.

Azərbaycanın Aktau şəhərindəki Baş konsuluğundan "Report"a verilən məlumata görə, tədbir Aktau şəhər hakimiyyətinin dəstəyi ilə təşkil olunub. 

Festivalda Qazaxıstan modelyer dizaynerləri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Türkmənistan modelyerlərinin geyimləri də nümayiş etdirilib.

Azərbaycanı dəb gecəsində gənc modelyer Zümrüd Mirzəliyeva təmsil edib. Onun yeni yaz kolleksiyasından olan geyimləri iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi