Yuxarı

"Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" Polşa istehsalı olan "İda"-ya verildi

87-ci Oskar kinomükafatının sahibləri elan olunur

Bakı. 23 Fevral. REPORT.AZ/ Amerika Kino Akademiyasının 87-ci "Oskar" kinomükafatının sahibləri bu gecə Los-Anceles-də keçirilən mərasimdə tək-tək elan olunur.

"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib Polşa istehsalı olan "İda" bədii filmi olub.

Qeyd edək ki, "İda" bu nominasiyada "Mandarinlər"(Estoniya), "Timbuktu"(Mavritaniya), "Vəhşi hekayələr"(Argentina) və "Leviafan" (Rusiya) kimi filmlərlə mübarizə aparırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi