Yuxarı

"William Hill": Azərbaycan "Eurovision-2017" müsabiqəsində qələbəyə 10 əsas namizəd arasındadır

"William Hill": Azərbaycan "Eurovision-2017" müsabiqəsində qələbəyə 10 əsas namizəd arasındadır
Azərbaycan namizədlər siyahısında 21 əmsallaq 8-ci yerdə qərarlaşıb

Bakı. 21 aprel. REPORT.AZ/ "William Hill" bukmeyker kontoru Azərbaycanı "Eurovision-2017" mahnı müsabiqəsini qazanmağa şanslı olanlar sırasında ilk onluğa daxil edib.

"Report" xəbər verir ki, Azərbaycan namizədlər siyahısında 21 əmsallaq 8-ci yerdə qərarlaşıb.

Bukmekerlər İtaliya təmsilçisi Françesko Qabbanini (2 əmsalla), Bolqarıstan nümayəndəsi Kristian Kostovu (6,50) və isveçli Robin Benqtssonu (9,0) qələbəyə daha çox şanslı hesab edirlər.

Bukmekerlərin proqnozuna görə, ən az qazanmaq şansı olan ölkələr San Marino, Sloveniya və İspaniyadır.

Qeyd edək ki, bu il "Eurovision" müsabiqəsi Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi