Yuxarı

Uitni Hyustonun qızı xəstəxanada süni komada saxlanılır

Bobbi Kristina Braun mərhum amerikalı müğənninin yeganə övladıdır

Bakı. 1 fevral. REPORT.AZ/ Mərhum amerikalı müğənni Uitni Hyustonun qızı evdə huşsuz vəziyyətdə aşkar olunandan sonra xəstəxanaya yerləşdirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Bobbi Kristina Braunu onun həyat yoldaşı Corciya ştatındakı evində aşkar edib. Həkimlər, Kristinanın süni komada olduğunu bildirirlər.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevral ayında Los Ancelesdə hoteldə hamam otağında ölü aşkar olunmuşdu. Onun 48 yaşı var idi. 

Bobbi Kristina Braun isə onun yeganə övladıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi