​Vyanada "Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib

​Vyanada "Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib Azərbaycan təmsilçisi qırmızı xalıdan 39-cu keçib
Şou-biznes
17 May , 2015 23:35
​Vyanada Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Avstriyanın Vyana şəhərində sayca 60-cı olan "Eurovision -2015” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, tədbir Vyana şəhər ratuşasının qarşısında keçirilib.

Mərasimdə əvvəlcə müsabiqənin Avstriyadan olan hazırkı qalibi Konçita Vürst çıxış edib. Daha sonra əvvəlki illərdə müsabiqədə qələbə qazanmış Danimarka nümayəndələri fəxri qonaq qismində qırmızı xalı üzərinə çıxıblar.

Azərbaycan nümayəndəsi Elnur Hüseynov qırmızı xalıdan 39-cu keçib.

Qeyd edək ki, E.Hüseynov müsabiqədə "Canavar saatı" (Hour of the wolf) mahnısını ifa edəcək.

Müsabiqə "Wienner Stadthalle" arenada keçiriləcək. Yarımfinal çıxışları 19 və 21 may tarixlərində, böyük final isə mayın 23-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi