"Vitebsk-2016" estrada mahnıları müsabiqəsinin qalibləri bəlli olub

"Vitebsk-2016" estrada mahnıları müsabiqəsinin qalibləri bəlli olub Mahnı müsabiqəsi "Slavyan bazarı" Beynəlxalq Festivalı çərçivəsində keçirilib
Şou-biznes
20 İyul , 2016 02:09
Vitebsk-2016 estrada mahnıları müsabiqəsinin qalibləri bəlli olub

Bakı. 20 iyul. REPORT.AZ/ Belarusda keçirilən "Vitebsk-2016" estrada mahnıları müsabiqəsinin Qran-Pri mükafatını bu ölkədən olan müğənni Aleksey Qross qazanıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Vitebsk-2016" estrada mahnıları müsabiqəsi "Slavyan bazarı" Beynəlxalq Festivalı çərçivəsində keçirilib.

Müsabiqədə birinci yeri Qazaxıstanı təmsil edən Adam adlı müğənni tutub. 

İkinci yerə italiyalı müğənni Eleonora Bekko və moldovalı Anna Odobesku çıxıb. 

II-cü yerin qalibləri Gürcüstan gəlmiş müğənni Andria Qvelesiani və İsraili təmsil edən Anna Timofey olub.

Müsabiqənin xüsusi "Slavyan ümidi" mükafatı Çexiyalı müğənni Mixael Qemratova nəsib olub.

"Slavyan bazarı" Uşaq Musiqi Müsabiqəsinin Qran-Pri mükafatını 11 yaşlı Rusiyalı müğənni Anastasiya Qladilina qazanıb.

Xatırladaq ki, "Slavyan bazarı" Beynəlxalq Festivalı 1992-ci ildən Vitebskdə keçirilir.

Bu il festivalda 44 ölkədən nümayəndələr çıxış edib.

Son xəbərlər

Orphus sistemi