"Ulduz müharibələri" filminin kassa gəliri 2 milyard dollara çatıb

"Ulduz müharibələri" filminin kassa gəliri 2 milyard dollara çatıb O, kino tarixində bu göstəriciyə çatmış üçüncü film olub
Şou-biznes
8 Fevral , 2016 16:36
Ulduz müharibələri filminin kassa gəliri 2 milyard dollara çatıb

Bakı. 8 fevral. REPORT.AZ/ "Ulduz döyüşləri. VII epizod: qüvvələrin oyanışı" fantastik filmi dünya prokatında kassa gəlirini 2 milyard dollara çatdırıb.

"Report" "Forbes"ə istinadən xəbər verir ki, o, kino tarixində bu göstəriciyə çatmış üçüncü film olub. Buna qədər yalnız "Avatar" və "Titanik" filmləri bu nəticəyə nail olmuşdu. Maraqlıdır ki, "Ulduz döyüşləri"nə üçüncü olmaq üçün 53 gün kifayət edib.

Ekspertlər hətta "Ulduz döyüşləri"nin "Titanik" (2,2 milyard) və "Avatar"ın (2,8 milyard) rekordunu qırmasının mümkünlüyünü də qeyd edir.

Qeyd edək ki, "Ulduz döyüşləri" rejissor Corc Lukas tərəfindən hazırlanmış fantastik kinoepopeyadır. O, orijinal trilogiya (1977-1983) və trilogiya-prikvelidən (1999-2005) ibarətdir.

Son xəbərlər

Orphus sistemi