“Ukraynanın səsi” müsabiqəsi ilə tanınan azərbaycanlı ifaçı “I am Singer -Kazakhstan” yarışmasına qatılıb - VİDEO

“Ukraynanın səsi” müsabiqəsi ilə tanınan azərbaycanlı ifaçı “I am Singer -Kazakhstan” yarışmasına qatılıb - VİDEO Bakı. 26 sentyabr. REPORT.AZ/ “Ukraynanın səsi” müsabiqəsi ilə tanınan azərbaycanlı Cavid Məmmədov “I am Singer-Kazakhstan” yarışmasına qatılıb.
Şou-biznes
26 Sentyabr , 2018 17:20
“Ukraynanın səsi” müsabiqəsi ilə tanınan azərbaycanlı ifaçı “I am Singer -Kazakhstan” yarışmasına qatılıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Ukraynanın səsi” müsabiqəsi ilə tanınan azərbaycanlı Cavid Məmmədov “I am Singer-Kazakhstan” yarışmasına qatılıb.

“Report” xəbər verir ki, səhnədə italyan musiqisi olan “Come Vorrei”ni səsləndirən Cavid Məmmədov zaldakı tamaşaçıların 60% səsini toplaya bilib. Daha sonra o, münsiflərin də səsverməsi ilə növbəti mərhələyə keçə bilib.

Cavid Məmmədov son illərdə restoranlarda musiqi ifa etməyə başladığını deyib: “Müğənnilərin 90 faizi nə vaxtsa restoranlarda işləyiblər. Bəzi mahnılar var ki, onu restoranda ifa etmək olar, ancaq böyük səhnələrdə yox. Mənə də səhnə çatışmırdı. Bu yarışma mənə bu istəyim üçün imkan yaradır”.

Cavid Məmmədov yarışmaya Gəncədən qatıldığını bildirib. Münsiflər heyəti ifaçıdan bir parça muğam ifa etməsini istəyib. Yarışmaçı münsiflərin istəyi ilə muğam oxumağa cəhd edib və daha sonra bu sahədə professional olmadığını vurğulayıb.

Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

Son xəbərlər

Orphus sistemi