Ukraynanın baş naziri: "Eurovision" müsabiqəsinin keçirilməsi təhlükə altında deyil"

Ukraynanın baş naziri: "Eurovision" müsabiqəsinin keçirilməsi təhlükə altında deyil" Fevralın 14-dən müsabiqə üçün bilet satışına start veriləcəyi gözlənilir
Şou-biznes
14 Fevral , 2017 16:33
Ukraynanın baş naziri: Eurovision müsabiqəsinin keçirilməsi təhlükə altında deyil

Bakı. 14 fevral. REPORT.AZ/ "Kiyevdə "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi təhlükə altında deyil".

"Report" Ukraynanın "112 Ukrayna" telekanalına istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Vladimir Qroysman deyib.

Onun sözlərinə görə, müsabiqə ən yüksək səviyyədə keçiriləcək.

Fevralın 14-dən müsabiqə üçün bilet satışına start veriləcəyi gözlənilir. Bilet qiymətləri 8-500 avro arasında dəyişəcək.

Xatırladaq ki, daha əvvəl "Eurovision-2017" komandasında çalışan bir neçə nəfərin istefa verməsi barədə xəbər yayılıb və Avropa Yayım Birliyi bəyanatla çıxış edərək bu faktı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi