​Ukraynalı müğənni oğluna "Təbriz" adını qoyub

​Ukraynalı müğənni oğluna "Təbriz" adını qoyub Bu seçim körpənin atasının azərbaycanlı olması ilə izah edilir
Şou-biznes
11 Dekabr , 2015 23:56
​Ukraynalı müğənni oğluna Təbriz adını qoyub

Bakı. 11 dekabr. REPORT.AZ/ Ukraynanın xalq artisti İrina Bilık ikinci dəfə ana olub. Körpənin atası məşhur rejissor Aslan Əhmədovdur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, oğlan uşağı dekabrın 8-də Avropa ölkələrindən birində dünyaya gəlib.

Artıq müğənninin oğluna hansı adı qoyacağı barədə məlumatlar da yayılıb.

Bilıkın böyük oğlunun adı Qlebdir. İrina kiçik oğluna isə "Təbriz" adını seçib. Ukrayna üçün qeyri-adi olan bu ad, körpənin atasının əslən Azərbaycandan olması ilə izah edilir.

Son xəbərlər

Orphus sistemi