Yuxarı

​Ukraynada azərbaycanlı estrada ulduzunun konserti keçirilib

Çingiz Mustafayevin ifası yerli publika tərəfindən böyük rəğbətlə qarşılanıb

Bakı. 5 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı estrada ulduzu Çingiz Mustafayevin konserti keçirilib. 

"Report" xəbər verir ki, konsertin təşkilatçısı Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev olub.

Konsertin açılış mərasimində Azərbaycanın diaspor fəalları, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri və başqa millətlərin nümayəndələri fəal iştirak ediblər. Çingiz Mustafayevin ifası yerli publika tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, BUAK mütəmadi olaraq Ukraynada belə tədbirlərin təşkilatçısı kimi çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi