​Ukrayna "Koktebel Jazz Party" festivalına qatılacaq Azərbaycan nümayəndələrini "qara siyahı"ya salacaq

​Ukrayna "Koktebel Jazz Party" festivalına qatılacaq Azərbaycan nümayəndələrini "qara siyahı"ya salacaq Bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb
Şou-biznes
17 Avqust , 2015 22:27
​Ukrayna Koktebel Jazz Party festivalına qatılacaq Azərbaycan nümayəndələrini qara siyahıya salacaq

Bakı. 17 Avqust. REPORT.AZ/ Kiyev Krımda keçirilməsi planlaşdırılan "Koktebel Jazz Party" festivalında çıxış edəcək əcnəbi mədəniyyət xadimlərini "qara siyahı"ya salacağı ilə hədələyib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Əcnəbi mədəniyyət xadimlərinin bu tədbirə gəlməsi onların Ukrayna ərazisinə girişinə birbaşa qadağa qoyulması ilə nəticələnəcək", - deyə Ukraynanın mədəniyyət naziri Vyaçeslav Kirilenko bildirib.

Musiqi festivalının potensial iştirakçıları arasında Azərbaycan, Braziliya, İsrail, Böyük Britaniya, Gürcüstan və digər dövlətlərin artistləri var. Rusiyalı iştirakçılar sırasında da İqor Butman, Larisa Dolina, Enver İzmaylov və başqalarının adı qeyd olunur.

"Koktebel Jazz Party" 28-30 avqust tarixlərində Krım yarımadasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi