Yuxarı

Ukrayna "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün 15 milyon avro ayıracaq

2017-ci ildə müsabiqənin keçiriləcəyi şəhər hələ açıqlanmayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Ukrayna "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 15 milyon avro ayıracaq.

Bu barədə "Report" Ukrayna hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əlavə, Avropa Yayımları Birliyinə ayrılacaq vəsaitin məbləği razılaşdırılıb.

Ukrayna hökuməti bu il iyulun sonlarında Avropa Yayım Birliyinə "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi ilə bağlı zəmanət qismində 15 milyon avro məbləğində pul ödəyib.

Qeyd edək ki, "Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhərin adı hələ açıqlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi