Yuxarı

Ukrayna “Eurovision 2017” yarışmasına 20,4 milyon avro vəsait xərcləyib

Ukrayna “Eurovision 2017” yarışmasına 20,4 milyon avro vəsait xərcləyib
Baş direktor müavini 64 min biletin satıldığını və bundan 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb
© ESCDaily

Bakı. 5 iyun. REPORT.AZ/ "Ukrayna "Eurovision" mahnı müsabiqəsinə ümumilikdə 20,4 milyon avro vəsait xərcləyib". 

"Report"  "Eurovision"un rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ölkənin İctimai Televiziyasının baş direktor müavini Pavel Qritsak bildirib.

O, həmçinin 5 milyon 139 min 433 dollar vəsaitə qənaət olunduğunu da deyib. P.Qritsak digər ölkələrin analoji yarışmaya sərf etdikləri vəsaiti bu ilki büdcə ilə müqayisə etməyi də unutmayıb. Onun sözlərinə görə, ötən illərdə İsveç yarışmaya 23, Avstriya 38,2, Danimarka 49 milyon avro pul sərf edib. Bu da son illərə nəzər salanda yarışmaya xərclənilən ən az büdcədir.

Baş direktor müavini yarışma zamanı 64 min biletin satıldığını və bundan ümumilikdə 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb.

Qeyd edək ki, Kiyevdə keçirilən “Eurovision 2017” yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi