Yuxarı
    Bağlamaq

    Uitni Hyuston haqqında sənədli film çəkiləcək

    Sənədli filmi Oskar mükafatı laureatı Kevin Makdonald ekranlaşdıracaq

    Bakı. 28 aprel. REPORT.AZ/ Məşhur müğənni Uitni Hyuston haqqında sənədli film çəkiləcək.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, sənədli filmi "Oskar" mükafatı laureatı Kevin Makdonald ekranlaşdıracaq.

    Film U.Hyustonun həyatını əks etdirəcək. Rejissor film üzərində uzun zamandır hazırlıq işləri görüb.

    Hələlik filmin necə adlandırılacağı məlum deyil.

    Kevin Makdonald çəkəcəyi sənədli filmin U.Hyustonun ölümündən sonra onun həyatını əks etdirən ən yaxşı və ilk film olacağını deyib.

    Qeyd edək ki, U.Hyuston 2012-ci ildə vəfat edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi