"U2" rok qrupu plagiatda ittiham olunur

"U2" rok qrupu plagiatda ittiham olunur Britaniyalı bəstəkar və gitaraçı Pol Rouz Manhetten Federal Məhkəməsində iddia qaldırıb
Şou-biznes
28 Fevral , 2017 12:58
U2 rok qrupu plagiatda ittiham olunur

Bakı. 28 fevral. REPORT.AZ/ Britaniyalı bəstəkar və gitaraçı Pol Rouz İrlandiyanın "U2" rok qrupunu və onun lideri Bononu plagiatda ittiham edib.

"Report" "New York Post" qəzetinə istinadən xəbər verir ki, P.Rouz fevralın 27-də Manhetten Federal Məhkəməsində məsələ ilə bağlı iddia qaldırıb.

Bəstəkarın sözlərinə görə, "U2" qrupu 1991-ci ildə işıq üzü görən "Achtung Baby" albomuna daxil olan "The Fly" bəstəsi üçün ilham mənbəyi axtararkən onun "Nae Slappin" mahnısının bir çox elementlərindən istifadə edib.

İddia materiallarına əsasən, "U2" bəstəkarın mahnısını eşitdikdən sonra 1989-cu ildə "Island Records" səsyazma studiyası ilə müqavilə imzalayıb. Rouz elə həmin il mahnısının ilkin səs yazısını studiya rəhbərliyinə təqdim edib.

İndi Rouz "The Fly" mahnısının müəllifi kimi tanınacağına, kompensasiya qismində 5 milyon dollar alacağına və vəkilin qonorarının ödəniləcəyinə ümid edir.

"U2" və "Island Records" nümayəndələri vəziyyətlə bağlı şərh verməyiblər.

Son xəbərlər

Orphus sistemi